Rusiya prezident administrasiyasının rəhbəri Sergei İvanov ukraynalı pilot Nadia Savchenkonun dəyişdirilməsini Rusiya qanunvericiliyinə əməl edilməsi çərçivəsində mümkün sayırb.
Amma o İnterfaks agentliyinə müsahibəsində deyib ki, bununla bağlı son qərarı prezident Vladimir Putin verə bilər.
O həmçinin qeyd edib ki, Savchenkonun dəyişdirilməsinin Minsk sülh sazişinə heç bir dəxli yoxdur, çünki, Rusiya münaqişə tərəfi deyil.
Rusiya məhkəməsi ötən çərşənbə axşamı Savchenkonu 22 il azadlıqdan məhrum edib.
O 2014-cü ildə Ukraynanın şərqində iki Rusiya jurnalistinin ölümündə ittiham olunur.
Savchenko ittihamı rədd edir və rusiyapərəst separatçılar tərəfindən oğurlanaraq Rusiyaya verildiyini deyir.