Vucic serblərə xəbərdarlıq edir

Aleksandar Vucic

-

Serbiyanın Baş naziri Aleksandar Vucic xəbərdarlıq edib ki, BMT tribunalı Radovan Karadzic-ə hökm çıxarandan sonra Bosniya serblərinə hücumlar arta bilər.

“Bu hökmü Srpska Respublikasına qarşı siyasi və digər hücumlara görə üzrxahlıq kimi qəbul etmək istəyənlərə xəbərdarlıq edirəm”, Vucic martın 24-də deyib. “Xalqımızla birlikdə olacağıq, onların sağ qalmaq və mövcud olmaq hüququnu müdafiə edəcəyik. Heç kəsi hədələməyəcəyik, ancaq heç kəsə də imkan verməyəcəyik ki, serbləri məhz serb olduqları üçün tapdalasın. Heç kəsin ayaqaltısı deyilik, məğrur xalqıq”.

Martın 24-də Haaqa məhkəməsi 70 yaşlı Karadzic-ə 40 illik həbs cəzası kəsib. O, Srebrenica qətliamında təqsirli bilinib. Həmin qətliamda öldürülmüş kişilərin qadınları isə bu cəzanın yumşaq olduğunu bildiriblər.