Suriyalı hüquq müdafiəçiləri Suriya ordusunun qədim Palmira şəhərinə girməsini təsdiqləyib.
Bu şəhər ötən ilin mayından “İslam Dövləti” qrupunun nəzarətində idi.
France-Press agentliyi Londonda fəaliyyət göstərən Suriya İnsan Haqları Mərkəzinə istinadla ordunun şəhərin cənub-qərbindəki məhəlləsinə girdiyini xəbər verir.
Amma şəhər minalandığından ordu yavaş-yavaş irəliləyir.
Mərkəzin rəhbəri Abdel Rahmanın sözlərinə görə Suriya ordusu şəhərə şimal istiqamətdən də yaxınlaşıb.
Ordunun şəhərə yol açmasını bundan əvvəl Suriyanın Dövlət televiziyası da təsdiqləmişdi.