Arda məşqlərə keçikdiyindən cərimə ödəyir

Arda Turan və Luis Suarez

"Barselona"nın yarımmüdafiəçisi Arda Turan cəzalanıb.

Xarici idman portallarının məlumatına görə, buna səbəb onun məşqlərə gecikməsidir.

Klubun qaydalarına görə futbolçular məşqdən bir, oyunlardan isə saat yarım əvvəl stadionda olmalıdırlar.

Amma gecikən futbolçular cərimə olunur.

Bu mövsüm ən çox cəza alan futbolçu müdafiəçi Jerar Pikedir.

Arda Turan isə 4-cüdür.

Messi, İniyesta, Buskets və Maskerano isə bu mövsüm bütün məşq və oyunlara vaxtında gəldiyindən heç bir cəza almayıblar.

Futbolçuların cəza kimi ödədiyi pullar xeyriyyə işlərinə sərf edilir.