Rusiya Kiyevi ittiham edir

Sergei Lavrov (sağda) və Frank-Walter Steinmeier

-

Rusiyanın Xarici işlər naziri Sergei Lavrov Ukrayna hökumətini Minsk atəşkəs sazişini yerinə yetirməməkdə ittiham edib.

Lavrov martın 23-də Moskvada alman həmkarı Frank-Walter Steinmeier ilə görüşüb. Lavrov jurnalistlərə deyib ki, Kiyevin fəaliyyətsizliyi Ukraynanın şərqində sülhə çatılması yolunda əsas əngəldir.

Minsk sazişi ötən ilin fevralında imzalanıb. Ukraynanın şərqində hökumət qüvvələri ilə rusiyapərəst separatçıların döyüşləri səngisə də, ara-sıra atışmalar olur.

Steinmeier də tərəfləri razılaşmanın şərtlərinə əməl etməyə çağırıb, münaqişənin mümkün eskalasiyası barədə xəbərdarlıq edib.