2016-cı ildə Fransada keçiriləcək futbol üzrə Avropa çempionatının final oyunları azarkeşlərin iştirakı ilə keçiriləcək.
Bu barədə UEFA-nın mətbuat xidməti məılumat yayıb.
Qeyd edək ki, martın 22-də Belçikanın paytaxtı Brüsseldə törədilən terror aktlarından sonra çempionatın azarkeşsiz keçirilməsi yenidən gündəmə gəlmişdi.
UEFA-nın vitse-prezidenti Cankarlo Abete bununla bağlı qərar veriləcəyini istisna etməmişdi.
UEFA-nın mətbuat xidməti isə oyunları bağlı qapılar arxasında keçirmək fikrində olmadıqlarını bəyan edib.