Rusiya Suriyada kəşfiyyat əməliyyatları və digər tapşırıqlar keçirən xüsusi hərbi hissəsi olduğunu deyir.
Bu barədə İnterfaks agentliyi martın 23-də Suriyadakı Rusiya heyətinin komandiri Aleksandr Dvornikova istinadla xəbər verir.
Bu məlumat Suriya ordusu və onun müttəfiqlərinin qədim Palmira şəhərinin 1 kilometrliyinə yaxınlaşması ərəfəsində yayılıb.
Rusiya prezidenti Vladimir Putin martın 14-də Suriyadakı əsas qüvvələrin çıxarılmasını göstəriş verib, amma qeyd edib ki, “İslam Dövləti” qrupu və Əl Qaidə ilə əlbir olan qruplarla mübarizə davam edəcək.
“İslam Dövləti” qrupu Palmiranı 2015-ci ildə zəbt edib.
Analitiklər şəhərin qaytarılmasının Rusiyanın hərbi müdaxiləsindən sonra Suriya prezidenti Bashar Assadın ən böyük uğuru olacağını hesab edirlər.