Tbilisidə qaçqın, köçkün müzakirələri

Bapbalaca miqrantlar- [Fotolar]

-

Tbilisidə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin toplantısı keçirilib.

Azərtac-ın xəbərinə görə, toplantı millət vəkili Sahibə Qafarovanın sədrliyi ilə Gürcüstan parlamentinin binasında keçirilib.

Toplantıda Cənubi Qafqaz regionunda miqrasiya prosesləri, Qərbi Balkandan olan köçkünlərin hüquqlarının müdafiəsi və suriyalı qaçqınlarla bağlı Avropada yaranmış vəziyyət müzakirə edilib. Bundan başqa həmçinin, Fələstinin Qəzza bölgəsində humanitar durum və digər məsələlər nəzərdən keçirilib.

Qaçqın, məcburi köçkün və miqrantların vəziyyətinə dair hesabatlar dinlənilib.