BMT-nin Bakı ofisinə yeni rəhbər

Gulam İsagzai

-

BMT-nin Azərbaycandakı ofisinə yeni rəhbər təyin olunub.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi vəzifəsinə əfqanıstanlı diplomat Qulam İsaqzai təyin olunub.

Diplomat aprelin əvvəlində Azərbaycana gəlib, vəzifəsinin icrasına başlayacaq.

Qulam İsaqzai bu vəzifədə hollandiyalı Antonius Bruku əvəz edib.