-
Fevral ayında vergi orqanlarına şikayətlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 50 faiz azalıb. Yanvar aylarının müqayisəsində də təqribən o qədər azalma olduğu qeyd edilir.
Bu haqda AZƏRTAC Vergilər Nazirliyinə istinadən məlumat verir.
Fevralda 10 mindən artıq şikayətçi vergi orqanlarına müraciət edib.
Şikayətlərin əksəriyyəti - 55 faizi müxtəlif arayışların alınması ilə bağlı olub. Müraciət edənlərin 15 faizi kameral vergi yoxlamalarından, 7 faizi isə borclarının yazılmasından şikayət ediblər.
Şikayətlərin 75 faizinin müsbət həll olunduğu bildirilir.