-
Martın 22-də Rusiya Prezidenti Vladimir Putin Moskvada finlandiyalı həmkarı Sauli Niinisto ilə görüşəcək.
Liderlər ticarət, mədəniyyət və regionlararası əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.
Tərəflərin Qərbin Rusiyaya qarşı sanksiyalardan kənar əməkdaşlıq sahələri tapmağa çalışacağı bildirilir.
Finlandiyanın keçmiş baş naziri Esko Aho TASS agentliyinə deyib ki, neftin ucuzlaşması Rusiyaya zərbə vurub və Finlandiya Rusiyaya iqtisadiyyatını şaxələndirməyə kömək edə bilər.