Suriya danışıqlarında narazılıq qalmaqdadır

Staffan de Mistura

Cenevrədə Suriyada siyasi keçidlə bağlı sülh danışıqları davam edir.

Söhbət Suriyada seçkilər keçirilməsi və münaqişənin dinc, siyasi yolla həllindən gedir.

BMT-nin Suriya üzrə xüsusi elçisi Staffan de Misturanın sözlərinə görə, cümə axşamı danışıqlarda fasilə elan ediləcək.

Mistura Suriya rejimindən yeni hökumətlə bağlı yazılı sənəd təqdim edilməsini gözləyir.

O danışıqlarda iştirak edən əsas müxalifət qrupu-Ali Komitənin siyasi keçidlə bağlı təklif verməsini alqışlayıb.

Mistura Ali Komitə ilə görüşməzdən əvvəl-martın 21-də Assad hökumətinin nümayəndələri ilə görüşüb.

Assadın hakimiyyətdə qalması ən kəskin problem olaraq qalmaqdadır.

Müxalifət hələ də onun istefasını tələb edir.