Obama Castro ilə görüşüb

B.Obama və R.Castro

Havanada ABŞ prezidenti Barack Obama ilə Kuba prezidenti Raul Castro arasında görüş keçirilib.

Castro Obamanı İnqilab Sarayının həyətində qarşılayıb.

ABŞ prezidentini səfər zamanı Dövlət katibi John Kerry, Ben Rods, Suzan Rays və Coş Ernest müşaiyət edir.

Obama bundan əvvəl Kubanın müstəqilliyi uğrunda mübarizə aparan qəhrəman Xose Martinin abidəsi önünə əklil qoyub.

Bu ABŞ prezidentinin 88 il ərzində Kubaya ilk səfəridir.

Qeyd edək ki, son vaxtlar ABŞ-Kyba münasibətlərinin yaxşılaşıdığı müşahidə olunur, tərəflər arasında diplomatik münasibətlər bərpa edilib.