Messi qadını zərbəylə yıxdı

Lionel Messi

İspaniya La Liqasında keçirilən “Vilyarreal” – “Barselona” oyununda xoşagəlməz hadisə baş verib.

Martın 21-də keçirilən görüşdə Lionel Messinin güclü zərbəsi tribunada oturan qadın azarkeşin başına dəyib və o huşunu itirib.

Həkimlərin yardımından sonra xanım azarkeş özünə gəlib.

“Vilyarreal”-ın meydanında keçirilən görüşdə hesab 2:2 olub.