"Ulduz" jurnalının mart sayında nə var?

Elçin, Seyran Səxavət, Əli Əmirli haqqında yazılar...

-

Yazıçılar Birliyinin "Ulduz” gənclər jurnalının mart sayı işıq üzü görüb. Jurnal Vaqif Yusiflinin “Ulduz”sevənlərin fevral düşüncələri” adlı yazısı ilə açılır.

Seyran Səxavətin 70 illik yubileyi haqa “Seyrandan Səxavətlə...” yazısı çap olunub. Elçinin “Baş” romanı haqqında “Köhnə kədər karvanı” yazısı verilib.

“Şeir vaxtı”nda Arzu Hüseynin, Əntiqə Səməndərin şeirləri yer alıb. Nəsr bölməsində Rəşid Bərgüşadlı, Qan Turalı, İradə Aytel, Narıngül, Qalib Şəfahət, Gülxani Pənahın hekayələri çıxıb.

“Hücrə” rubrikasında Qəşəm Nəcəfzadə Qabil Ədalətin yaradıcılığından söz açır.

Əli Əmirlinin “Ağdamda nəyim qaldı?” avtobioqrafik romanı barədə yazı çıxıb.

“Dərgidə kitab” rubrikasında “Vaxtın rəngi” adı ilə Anar Aminin şeirləri verilib.