-
Pxenyanın Koreya yarımadasının şərq hissəsindən dənizə 5 yaxınmənzilli raket atdığı bildirilir.
Cənubi Koreyanın Yonyah xəbər agentliyinin məlumatına görə, raketlər martın 21-də atılıb.
Üç gün öncə Şimali Koreya iki ortamənzilli raketin sınağını keçirmişdi. BMT-nin Təhlükəsizlik Şurası bunu BMT qətnaməlinin pozulması adlandırmışdı.
Martın 10-dan Pxenyan üç dəfə raket buraxıb. Həmin gün Şimali Koreya-ABŞ illik birgə hərbi təlimləri başlanıb. Pxenyan bu təlimləri “işğal məşqi” sayıb.
Bu ayın əvvəlində BMT-nin Təhlükəsizlik Şurası və ABŞ Pxenyana yeni sanksiyalar qoyub.