Bakının mərkəzində yol bağlandı

Aşan küknar

-

Azərbaycan Dövlət Neft Akademiyası binasının arxa tərəfində 20-metrlik küknar ağacı aşaraq Dilarə Əliyeva küçəsində hərəkətin dayanmasına səbəb olub.

Martın 21-də gecə əsən güclü küləkdən ağac aşaraq yolu kəsib.

Səhərdən mənzil kommunal xidməti əməkdaşları ağacı mişarlayaraq kənara daşıyırlar.