Avropa Birliyi ilə Türkiyənin martın 18-də Brüssel sammitində miqrant məsələsində razılığa gəldikıəri bildirilir.
Bunu Finlandiyanın baş naziri Juha Sipila özünün Tvitter səhifəsində yazır.
Məlumatı Çexiyanın baş naziri Bohuslav Sobotkada təsdiqləyib.
Razılaşmaya əsasən martın 20-dən başlayaraq Türkiyədən Yunanıstana keçən bütün qanunsuz miqrantlar geri-Türkiyəyə qaytarılacaq.
Sənədi rəsmi şəkildə hazırda Bürüsseldə olan Türkiyənin baş naziri Ahmet Davutoglu da təsdiqləməlidir.
Hələlik əlavə detallar barədə məlumat varilmir.