Rusiyalı futbolçu Andrei Arshavin Qazaxıstanın “Kayrat” klubuna keçib.
“Kayrat” klubu martın 18-də futbolçu ilə 1 illik müqavilə imzalandığını bəyan edib.
Şərtlərə əsasən müqavilə daha 1 il də uzadıla bilər.
34 yaşlı Arshavin Rusiya millisində keçirdiyi 74 oyunda 17 qol vurub.
Əslən Sankt-Peterburqdan olan futbolçu karyerasına 1999-cu ildə yerli “Zenit” klubundan başlayıb.
2009-cu ildə İngiltərənin “Arsenal” klubuna keçib, 4 ildən sonra-2013-cü ildə isə yenidən “Zenit”ə dönüb.
2015-ci ildə onun “Kuban”klubu ilə imzaladığı müqavilə bu il fevralın 1-də sona yetib.