Bəzi müəllimlərin maaşı 10 faiz artdı

İllüstrasiya

-

Bəzi müəllimlərin əmək haqları 10 faiz artırılıb.

Prezident İlham Əliyev martın 17-də bununla bağlı sərəncam imzalayıb.

Sərəncama görə, 10 faizlik artım bilik və bacarıqların diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əmək haqlarına, həmin müəssisələrin direktor və direktor müavinlərinin vəzifə maaşlarına şamil ediləcək.

Prezident sərəncamın icrası ilə bağlı Nazirlər Kabinetinə tapşırıqlar verib.

Prezident bu ilin yanvarında da bəzi kateqoriyadan olan müəllimlərin əmək haqlarının artırılmasına sərəncam vermişdi. Bəzi ekspertlər həmin sərəncamı hökumətin maaş manipulyası kimi dəyərləndirmişdilər. Çünki sərəncam bütün müəllimlərə deyil, əsasən, Bakıda çalışanlara şamil edilirdi.

Ölkə başçısının son sərəncamı da bütün müəllimlərə aid deyil. Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərə şamil edilir.