Avropa Komissiyasının prezidenti Jean-Claude Juncker bildirib ki, Ukrayna lazımı islahatları keçirdiyinə görə artıq gələn aydan bu ölkəyə qarşı viza rejiminin ləğvini təklif etmək olar.
O bunu martın 17-də Brüsseldə deyib.
Ukrayna prezidenti Petro Poroshenko AzadlıqRadiosuna bunun çox yaxşı xəbər olduğunu bildirib: “ Biz hər şeyi yerinə yetirmişik, bu Ukrayna və tam əminəm ki, Avropa Birliyi üçün də çox yaxşı xəbərdir. Çün ki, bu hər iki tərəf üçün sərfəlidir”.deyə o vurğulayıb.
Ukrayna vətəndaşlarına qarşı vizasız rejimi Avropa Parlamenti və 28 üzv ölkə də təsdiqləməlidir.