-
Ukraynanın Donetsk regionunda Rusiyanın dəstəklədiyi separatçılar öz pasportlarını buraxmağa başlayıblar.
Martın 16-dan qırmızı sənədlər buraxılır və ilk pasport Donetsk separatçılarının lideri Aleksandr Zakharchenko-ya verilib.
“Bu sənəd bacardığımız, qoruduğumuz və əldə etdiklərimizə sübutdur”, Zakharchenko deyib.
Onun sözlərinə görə, yerli seçkilərdə iştirak etmək istəyən hər kəsdə yeni pasport olmalıdır.
İkibaşlı qartal təsviri olan bu sənəd sahibinə Rusiyaya giriş icazəsi də verir.
Kiyev seçkinin Ukrayna qanunlarına uyğun və ATƏT-in müşahidəsi altında keçirilməli olduğunu deyir. Separatçılar bu şərtləri qəbul etmir.