-
Pakistanın şimal-qərbində Peşəvər vilayətində avtobusa qoyulmuş bomba partladılıb, azı 15 nəfər həlak olub, 20-dən çox adam yaralanıb.
Partlayış gur ticarət məkanı sayılan Saddarda törədilib. Avtobus hökumət işçilərini idarəyə aparırmış.
4 kiloqramlıq bomba avtobusun qaz silindrinin yanına yerləşdirilibmiş.
Hadisə yerində xilasedicilər işləyir.
Partlayışa görə məsuliyyəti götürən olmayıb.