Mədəniyyət nazirinin müavini saxlanıb

Grigory Pirumov

-

Rusiya mediası Mədəniyyət nazirinin müavini Grigory Pirumov-un dövlət vəsaitini mənimsəmə ittihamıyla saxlandığını yazır.

Daxili İşlər Nazirliyindəki mənbələr bildiriblər ki, Pirumov martın 15-də Rostovda saxlanıb və dindirilmə üçün Moskvaya aparılıb. Mənbələr nazir müavinini tikinti və mədəni irsin bərpasına ayrılmış dövlət vəsaitini mənimsəmədə ittiham olunduğunu bildirir.

53 yaşlı Pirumov 2013-cü ilin martından bu vəzifədə idi.