Prezidentlər təyyarədə də söhbət etdilər

İlham Əliyev (solda) və Recep Tayyip Erdogan

-

Prezidenti İlham Əliyevin Türkiyə Respublikasına işgüzar səfəri martın 15-də başa çatıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan dövlət başçısını Türkiyə prezidenti Recep Tayyip Erdogan yola salıb.

İlham Əliyev və Recep Tayyip Erdogan təyyarədə çay süfrəsi arxasında da söhbət ediblər.

Prezident İlham Əliyev Türkiyəyə martın 15-də getmişdi.

Bu səfər çərçivəsində Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısı keçirildi. İki ölkə arasında əməkdaşlığa dair 6 sənəd imzalandı.