Məhkəməyə şikayətlər iki dəfə artıb

-

Ötən il Azərbaycan məhkəmələrində baxılan işlərin sayı əvvəlki illə müqayisədə iki dəfə artıb.

Bunu parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

APA xəbər verir ki, komitə sədri ötən il ümumilikdə 500 min işə baxıldığını bildirib.

O, 2014-cü ildə çıxarılmış 250 min iş üzrə qərarın 78 faizinin icra olunduğunu söyləyib.