Parlament hökumətin hesabatını qəbul etdi

-

Parlament hökumətin 2015-ci ildə fəaliyyəti haqqında hesabatı qəbul edib.

Baş nazir Artur Rasizadənin təqdim etdiyi hesabat parlamentdə 3 saatdan artıq müzakirə olunub.

APA-nın xəbərinə görə, parlament böyük səs çoxluğu ilə hesabatı qəbul edib.
Baş nazir hesabatında demişdi ki, ötən il Ümumi Daxili Məhsulun (ÜDM) dəyəri 1.1 faiz artıb. Qeyri-neft sektorunda isə artım 10 faiz olub»

Artur Rasizadənin deməsinə görə, ölkəyə ümumilikdə 16 milyard manat investisiya qoyulub: “ Onun 55 faizindən çoxu qeyri-neft sektorunun payına düşüb: Orta aylıq əməkhaqqı 5 faiz, əhalinin gəlirləri 5.8 faiz artıb.İllik inflyasiya isə 4 faiz səviyyəsində qeydə alınıb. Maliyyə və bank sektorundakı çətinliklərə baxmayaraq, ötən ildə inflyasiyanın birrəqəmli səviyyədə saxlanması təmin edilib».

Buna da bax: Karikatura