Makedoniya miqrantları deportasiya elədi

Foto arxiv

Makedoniya sərhədi keçən yüzlərlə qaçqını geri-Yunanıstana qaytarıb.

Onlar sərhədi bir gün əvvəl-martın 14-də keçmişdilər.

Bunu Associated Press agentliyinə Makedoniyanın daxili işlər naziri Toni Angelovski deyib.

Yunanıstanın İdomeni şəhəri ətrafındakı düşərkəni tərk edən 1500-dək miqrantın martın 14-də tikanlı səddi yararaq Makedoniya tərəfə keçdiyi bildirilir.

Makedoniya rəsmiləri onlardan təxminən 700-nün deportasiya edildiklərini deyirlər.

Hazırda İdomenidəki çadır düşərgəsində 14 minədək qaçqın məskunlaşıb.

Aramsız yağış düşərgədə dözülməz vəziyyət yaradıb, ərzaq və içməli su çatışmır, qaçqınların çoxu soyuqdan xəstələnib.

Əksəriyyəti Suriya və İraqdan olan qaçqınlar Türkiyə, Yunanıstan və Balkan ölkələri vasitəsi ilə daha varlı Avropa Birliyi ölkələrinə keçməyə çan atırlar.