-
İslam Dövləti (İŞİD) silahlı qruplaşmasının “Çeçen Omar” adlı komandiri ABŞ hava zərbələrində aldığı yaralardan həlak olub. Bunu Pentaqon rəsmiləri martın 14-də bildirib.
Etnik çeçen, əsl adı Tarkhan Batirashvili olan Omar al-Shishani Gürcüstanda doğulub.
O, martın 4-də Suriyanın şimal-şərqinə hava zərbəsində ciddi xəsarət alıb. Raqqadakı xəstəxanaya götürülüb.
“İnanırıq ki, o, aldığı yaralardan dünyasını dəyişib”, Pentaqonun sözçüsü Jeff Davis Frans Pres agentliyinə deyib.
Pentaqon rəsmiləri də CNN-ə xəbəri təsdiqləyiblər.
Shishani ABŞ Dövlət Departamentinin axtarılanlar siyahısında idi, başına 5 milyon dollar mükafat qoyulmuşdu.