İrlandlar Patrik gününü qeyd ediblər

London

Martın 13-də Londonun küçələrinə minlərlə insan çıxıb. Müqəddəs Patrik günü münasibəti ilə keçirilən paradda 100 mindən çox adam iştirak edib.

Bu günü adətən dünyanın müxtəlif ölkələrində irlandiyalılar qeyd edir.

Londonun Pikadilli meydanından Trafalqar meydanınadək davam edən yürüşdə milli rəqs məktəbləri, orekstrlər və İrlandiya mədənəiyyətinin müxtəlif nümayəndələri iştirak edib.

Təşkilatçı Harri Dann deyir ki, bu gün Londonda böyük tədbir, irlandiyalılar üçün böyük bayramdır. Bu tədbirə 100 minədək adam qatılacağını gözləyirik. Günəş çıxıb, bizi gözəl gün gözləyir.

Parad Trafalqarsk meydanında konsertlə başa çatıb. Müqəddəs Patrik günü ənənəvi olaraq hər il martın 17-də qeyd edilsə də 2002-ci ildən Londonda onu həmin tarixə yaxın istirahət günlərinə təyin edirlər.