5 ölkə elektrik şəbəkəsi yaradır?

-

Rusiya və İran Azərbaycan üzərindən elektrik şəbəkəsi yaradır.

Bunu Rusiyanın İranda səfərdə olan energetika naziri Aleksandr Novak açıqlayıb. APA-nın xəbərinə görə, hazırda elektrik şəbəkəsinin yaradılmasına dair danışıqlar gedir.

Rus nazir elektrik şəbəkəsinin Azərbaycan üzərindən keçəcəyini deyib.

İran hökumətindəki mənbə isə xəbər verib ki, Rusiya, İran, Azərbaycan, Ermənistan və Gürcüstan rəsmiləri 5 ölkə arasında elektrik şəbəkəsinin yaradılmasını müzakirə etmək üçün bir araya gələcəklər.Bu görüşün apreldə Tbilisidə gerçəkləşəcəyi gözlənilir.