-
Əfqanıstanda Hezb-e Islami silahlı qruplaşması hökumətlə sülh danışıqlarına hazır olduğunu deyir. Gulbuddin Hekmatyar-ın başçılıq etdiyi bu qruplaşma martın 13-də yaydığı bəyanatda sülh istədiyini bildirib.
ABŞ Dövlət Departamenti Hekmatyar-ə “terrorçu” adlandırır, onun Taliban və Al-Qaeda-ya dəstək verdiyini söyləyir.
Ancaq son illər müharibəyə son qoymaq məqsədilə ABŞ və əfqan rəsmiləri Hezb-e Islami təmsilçiləri ilə görüşüblər.
Ötən il Hekmatyar tərəfdarlarını Talibana qarşı müharibədə İslam Dövləti (İŞİD) qruplaşmasını dəstəkləməyə çağırırdı.