Prezident Əliyev terroru pislədi

Ankara, hadisə yeri, 13 mart, 2016-cı il

-

Ölkə başçısı Ilham Əliyev Türkiyədə baş verən terror olayı ilə bağlı bu ölkənin prezidenti Recep Tayyip Erdoğana başsağlığı məktubu göndərib.

“Azərtac” informasiya agentliyinin xəbərinə görə, məktubda deyilir:

“Ankara şəhərində törədilən amansız terror aktı nəticəsində çoxsaylı insan tələfatı xəbəri bizi olduqca kədərləndirdi. Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorizmi qətiyyətlə pisləyir və ona qarşı ən kəskin şəkildə mübarizəni vacib hesab edirik.

Baş vermiş bu faciə ilə əlaqədar sizə, həlak olanların ailələrinə, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm. Yaralananlara və xəsarət alanlara şəfa diləyirəm”.
Martın 13-də Ankarada baş verən terrorda 34 nəfərin öldüyü, 100-dən çox insanın yaralandığı bildirilir.