İki ayda yol qəzaları 78 can alıb

Foto illüstrasiya

-

Bu ilin iki ayı ərzində yol qəzalarında 78 nəfər ölüb, 287 nəfər xəsarət alıb. APA bu xəbəri Baş Dövlət Yol Polisi İdarəsinə istinadən yayıb.

Bakıda yol qəzalarında yanvar və fevral aylarında 19 nəfər ölüb, 105 nəfər xəsarət alıb. Bütünlükdə bu vaxt ərzində paytaxtda 100 ağır qəza baş verib.