ABŞ-da Respublikaçılar partiyasından prezidentliyə iddiaçılardan biri Ben Carson rəqibi Donald Trumpa dəstək bildirib.
Carson bunu martın 11-də Florida ştatında Trumpla keçirdiyi birgə mətbuat konfransında bəyan edib.
O Trump-ı Amerikanın qayğısına qalan ağıllı insan adlandırıb.
Bu barədə Franse-Press agentliyi məlumat yayıb.
Carson namizədlik uğrunda mübarizədən 1 həftə əvvəl çıxıb.
Bundan əvvəl Nyu-Cersinin qubernatoru Cristie də Trupa dəstək bildirib.
O mübarizədən fevralın əvvələrində çıxıb.
Respublikaçılar və Demokrat partiyaları gələn cümə axşamı Florida və daha 4 ştatda praymeriz seçkiləri keçirəcək.
Partiyalardan prezidentliyə yekun namizədlər iyulda elan ediləcək.
Demokrat partiyasından Hillary Clinton, Respublikaçılardan isə Donald Trump əsas namizəd hesab olunurlar.