-
Bakıda yük avtomobillərinin hərəkətinə qoyulan məhdudiyyətin vaxtı bir qədər azalıb.
Baş Dövlət Yol Polisi İdarəsinin saytı xəbər verir ki, paytaxtda yük avtomobillərinin hərəkəti səhər saat 07:30-dan axşam saat 21:00-dək məhdudlaşdırılacaq.
Bununla bağlı “Bakı şəhərində nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər haqqında” Nazirlər Kabinetinin 30 iyun 2015-ci il tarixli protokoluna dəyişikliklər edilib. DYP dəyişikliyi vətəndaşların çoxsaylı müraciətləri ilə izah edir.
Qaydaların əvvəlki mətnində məhdudiyyət müddəti səhər saat 07:00-dan axşam saat 22:00-dək müəyyən edilmişdi.