Argentinada nəhəng buzlaq ucub

Perito Moreno buzlağı

Argentinada turistlər üçün əlcatan olan buzlaqlardan biri Perito Moreno buzlağı martın 10-da minlərlə turistin gözü qarşısında uçmağa başlayıb.

Yavaş-yavaş Argentino gölünə qopub tökülən 30 kilometrlik nəhəng buzlaq nadir hallarda uçur, təxminən 4 ildən bir.

Bunu sonuncu dəfə 2012-ci ildə müşahidə etmək olardı, amma həmin vaxt bu toranlıqda baş verdiyindən onu görənlər az olub.

Amma bu dəfə buz parçaları turistlərin gözü qarşısında nəhəng arkadan qoparaq tam dağlanadək gölə tökülüb.