Miqrantların vəziyyəti hər gün pisləşir

Foto arxiv

Yunanıstanla Makedoniya sərhədindəki düşərgədə məskunlaşan minlərlə miqrant ərzaq qıtlığı və antisanitariya vəziyyəti ilə üzləşib.

Makedoniyanın sərhədi bağlanması əksəriyyəti Suriya və İraqdan olan miqrantları bu düşərgədə qalmağa məcbur edib.

Sərhədin Yunanıstan tərəfində olan İdomeni düşərgəsində vəziyyət hər gün pisləşir, aramsız yağış şəraiti daha da ağırlaşdırıb.

Qaçqınların çoxu xəstələnib, yorğan, dəva-dərman, içməli su və isinmək üçün odun ketdikcə tükənir.

Həftənin əvvəlində Avropa Birliyi ilə Türkiyə arasında əldə olunmuş ilkin razılaşmaya görə Türkiyə Avropada sığınacaq ala bilməyən miqrantları geri qəbul etməlidir.

Yunanıstan hökuməti hazırda Afinada 3 saxlama mərkəzi açıb və bütün ölkə boyu 15 belə mərkəz yaradılması planlaşdırlır.

Avropa Birliyinin miqrant məsələləri üzrə rəsmisi Avramopulos martın 10-da jurnalistlərə deyib ki, sxemə əsasən digər üzv ölkələr ayda azı 6 min qaçqın qəbul etməlidir.

Amma bəzi ölkələr bundan imtina edir, hansı ki, onların əksəriyyəti müharibə gedən Suriya və İraqdandır.