İlham Əliyev İran generalını qəbul edib

İran

-

Prezident İlham Əliyev martın 11-də İran Sərhəd Qoşunlarının komandanı Qasem Rezaee-nin rəhbərliyi ilə nümayəndə heyətini qəbul edib. Xəbəri president.az saytı yayıb.

İran və Azərbaycanın sərhəd xidmətləri arasında əlaqələrin böyük tarixə malik olduğunu deyən dövlət başçısı Qasem Rezaee-nin səfərinin bu əlaqələrə yeni təkan verəcəyini bildirib.

Qasem Rezaee isə deyib ki, yüksək səviyyəli qarşılıqlı səfərlər iki ölkə arasında əməkdaşlığın genişləndirilməsinə töhfələr verir.