-
Rusiya bildirir ki, İrana S-300 hava hücumundan müdafiə sistemlərinin çatdırılması bu ilin avqust-sentyabr aylarında baş tutacaq.
Açıqlamanı martın 11-də Rusiyanın «Rostec» şirkətinin rəhbəri Sergei Chemezov verib. Bu arada sazişlə bağlı problemlərin yaranması barədə məlumatlar yayılıb.
Açıqlanmayan mənbələr martın 9-da «Kommersant» qəzetinə deyib ki, ödənişlə bağlı problemlər var. Noyabrda imzalanmış razılaşma çərçivəsində İran 1 milyard dollar ödəməlidir. İlk çatdırılma isə fevralda baş tutmalıydı.
Daha öncə Küveyt qəzeti yüksəksəviyyəli mənbəyə əsasən yazırdı ki, Moskva S-300-ün göndərilməsini dayandırmağa qərar verib.
Rusiya rəsmiləri bu məlumatı şərh etməyiblər.