Manat "dəyərini tapanacan" ucuzlaşacaq

Vahid Əhmədov

-

“Azərbaycanın milli valyutası hələ bazar dəyərini qazanmayıb. Neftin bahalaşmasına baxmayaraq, manatın dollara nisbətdə ucuzlaşmaqda davam etməsi bununla izah olunur”.

Bunu Turan-a parlamentin iqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov deyib.

Mərkəzi Bankın “tez və ya gec öz bazar dəyərini tapmalı olan” manatın məzənnəsinə müdaxilə etməməsini doğru sayan V.Əhmədov yenidən kəskin devalvasiyanın baş verəcəyini gözləmir: .

“Bununla belə, neftin bahalaşmasına baxmayaraq, manat bazar qiymətini tapana qədər ucuzlaşmaqda davam edəcək”.

Ötən il baş verən iki devalvasiya nəticəsində manat təqribən 100 faizə yaxın dəyər itirib. Son 10 gündə də manatın tədrici ucuzlaşması davam edir.

Bəzi ekspertlərin fikrincə, 1 dollar 2 manat həddinə qalxa bilər.

Martın 11-nə olan məzənnəyə görə, bir ABŞ dolları 1,6456 manata bərabərdir.

Həmçinin baxın - AzadlıqRadiosu Youtube Kanalından olan videoları izləyin: