Erdoğan apreldə gəlir

-

Türkiyə prezidenti Rəcəb Tayyib Erdoğan apreldə Bakıya gələcək.

“Virtualaz.org” saytının xəbərinə görə, bunu Türkiyənin Bakıdakı səfiri İsmayıl Alper Coşqun deyib.

Erdoğan fevralın 18-də Türkiyə-Azərbaycan Yüksək Strateji Şurasının toplantısında iştirak etmək üçün Bakıya səfər etməliydi.

Lakin Ankarada törədilən terror səfərin təxirə salınmasına səbəb olmuşdu.