22 min İŞİD-çinin adı açıqlanıb

Sky News-un əldə etdiyi sənədlər

-

İslam Dövləti (İŞİD) silahlı qruplaşmasının 22 min yaraqlısının adı, ünvanı, telefon nömrəsi və ailə kontaktları olan sənədlər Sky News tərəfindən əldə olunub.

Böyük Britaniyanın Sky News telekanalı sənədləri İŞİD-in keçmiş üzvündən əldə etdiyini bildirir. Həmin şəxs də sənədləri ekstremist qrupun daxili təhlükəsizlik polisindən oğurladığını deyib.

Həmin sənədlərdə azı 51 ölkədən olanlar var. Sky News məlumatı həmin ölkələrə çatdırdığını bildirir.

Britaniyanın daxili işlər, yaxud xarici işlər nazirlikləri, hələlik, informasiyanı şərh etməyib.

Həmin sənədlərdə göstərilir ki, silahlı qruplaşmaya cəlb olunanlar 23 suala cavab verməli olurlar. Bu suallara onların qan qrupu, analarının qızlıq soyadı, “şəriət savadları” və sairə daxildir.