-
ABŞ-ın Pensilvaniya ştatında atışmada 5 nəfər ölüb, 3 nəfər yaralanıb.
Polisin məlumatına görə, martın 9-da Pitsburq yaxınlığında iki silahlı bir həyətdə keçirilən qonaqlığa atəş açıb, sonra hadisə yerindən qaçıblar.
Hadisənin baş verdiyi Vilkinsburqda 15 minədək az gəlirli və orta təbəqə mənsubları yaşayır
ABŞ-da belə silahlı hücumlar vaxtaşırı baş verir. Prezident seçkiləri öncəsi müzakirəyə çıxarılan məsələlərdən biri də silahlara nəzarətdir.