16 yaşlı qız özünü qayadan atdı

-

Quba rayonunda intihara cəhd hadisəsinin baş verdiyi bildirilir. “APA” informasiya agentliyinin xəbərinə görə, hadisə martın 9-da rayonun Dəvədabanı yaşayış massivində qeydə alınıb.

16 yaşlı N. İ yaşadığı evin yaxınlığında özünü qayadan atıb. O, Quba rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, hazırda reanimasiyadadır. İntihara cəhdin səbəbi açıqlanmır.

Faktla bağlı araşdırmalar davam etdirilir.