-
Ukrayna Prezidenti Petro Poroshenko deyir ki, pilot Nadia Savchenko-nu Rusiya ilə məhbus mübadiləsi yoluyla buraxdırmağa hazırdır.
Savchenko Rusiyada məhkəməyə çıxarılıb. O, 2014-cü ildə Ukraynanın şərqində iki rusiyalı jurnalistin ölümünə yardımçı olmaqda təqsirli bilinir. Pilot ittihamları rədd edir, martın 3-dən bəri aclıq aksiyası keçirir.
“Mübadilənin mümkünlüyü barədə suala konstitusion hüququndan istifadə edərək ilk dəfə “hə” cavabı verirəm”, Poroshenko martın 9-da Ankarada türkiyəli həmkarı Recep Tayyip Erdogan-la görüşdən sonra deyib.
Ancaq o, Rusiyanın belə bir mübadiləyə “yetərli təşəbbüs” göstərmədyini bildirib.
Daha öncə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zakharova deyib ki, məhbus mübadiləsi martın 21-də hökm çıxarılmayanadək “nəzəri və ya praktik” baxımdan baş verə bilməz.
Savchenko-nun saxlanması və aclıq aksiyası Ukrayna və Rusiyada etirazlar doğurub.