Azəryolservis Azəravtoyol oldu

Prezident İlham Əliyev “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti ilə bağlı fərman imzalayıb.

Fərmana əsasən, “Azəryolservis” bundan sonra “Azəravtoyol” adlanacaq.

Fərmanda göstərilir ki, “Azəravtoyol” avtomobil yolları təsərrüfatı sahəsində xidmətlər göstərəcək. Balansına verilmiş avtomobil yollarının, körpülərin, tunellərin layihələndirilməsi, istismarı, bərpası, təmiri, yenidən qurulması və tikilməsini həyata keçirəcək.