Talibanın hücumu dəf edilib

Foto arxiv

Talibançılar Əfqanıstanın Helmand Əyalətində hökumət binalarına hücum ediblər.

Bu barədə martın 9-da yerli qubernatorun sözçüsü məlumat yayıb.

Onun sözlərinə hədəf Gerşqdəki polis məntəqəsi və təhlükəsizlik xidmətinin ofisi olub.

Hökumət qüvvələri hücumu dəf edib.

Hücuma görə cavabdehliyi Taliban üzərinə götürüb.

Neçə aydır ki, bu ərazidə tərəflər arasında döyüşlər gedir.