-
Ukraynalı pilot Nadia Savchenko-nun məhkəməsi bitib.
Pilot 2014-cü ildə Ukraynanın şərqində saxlanıb. O, rusiyapərəst separatçılar tərəfindən saxlandığını, qanunsuz olaraq Rusiyaya aparıldığını deyir.
Savchenko iki rusiyalı jurnalistin ölümündə rolu olmaqda ittiham edilir.
Donetsk şəhərində martın 9-da keçirilən iclasda hakim bildirib ki, hökm martın 21-22-də oxunacaq.
Savchenko məhkəmədə deyib ki, quru aclığı davam etdirəcək. O, hakimə və prokurora orta barmağını göstərib.
Prokuror pilota 23 il həbs cəzası istəyib.