-
Serbiya hökuməti ölkədə baş verən daşqınlara görə fövqəladə vəziyyət elan edib. Bu həftə çayların daşması yüzlərlə evi, fermanı, yolları su altında qoyub.
Hökumət martın 8-də bildirib ki, 15 ərazidə fövqəladə vəziyyət elan olunub.
Leysan yağışlar təkcə çayları daşdırmayıb, torpaq sürüşmələri yaradıb, ölkənin mərkəzində və cənub-qərbində yollar bağlanıb. Bəzi ərazilər susuz, elektriksiz qalıb.
500-dən çox insan evakuasiya olunub.
Rusiya Serbiyaya yardım təklif edib, 100 nəfərlik xilasedici, vertolyot, digər avadanlıq göndərib.
Bu həftəsonuna yenə yağış gözlənilir.